Bakı. Trend:
Prezident İlham Əliyev “Daşınar əmlakın yüklülüyü haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.
Trend xəbər verir ki, sənədə əsasən, qanunun əhatə dairəsi genişləndirilərək, buraya daşınar əmlakın seriya nömrəsi – istehsalçı tərəfindən əmlaka tətbiq edilən hərf, rəqəm və ya onların kombinasiyasından ibarət eyniləşdirmə nömrəsi də daxil edilib.
Prezident İlham Əliyev sözügedən qanunun tətbiqi ilə bağlı fərman da imzalayıb.