...

Naxçıvanda əhaliyə göstərilən ödənişli xidmətlərin ümumi dəyəri artıb

İqtisadiyyat Materials 16 Dekabr 2024 20:04 (UTC +04:00)
Naxçıvanda əhaliyə göstərilən ödənişli xidmətlərin ümumi dəyəri artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-noyabr aylarında Naxçıvan Muxtar Respublikasında əhaliyə göstərilən ödənişli xidmətlərin ümumi dəyəri 168 milyon 996 min manat təşkil edib.

Bu barədə Trend Naxçıvan Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,8% çoxdur.

Eyni zamanda, bu ilin yanvar-noyabr aylarında muxtar respublikada pərakəndə ticarət dövriyyəsi 1 milyard 109 milyon 593 min manat təşkil edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1,2 faiz çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti