...

Naxçıvanda əhalinin bank əmanətləri 43%-dən çox artıb

İqtisadiyyat Materials 16 Dekabr 2024 18:48 (UTC +04:00)
Naxçıvanda əhalinin bank əmanətləri 43%-dən çox artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin noyabrın 1-nə Naxçıvan Muxtar Respublikasında əhalinin banklarda 22 milıyon 952,8 min manat əmanəti olub.

Bu barədə Trend Naxçıvan Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin noyabrın 1-i ilə müqayisədə 43,6% çoxdur.

Eyni zamanda, bu ilin yanvar-noyabr aylarında Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlirləri 234 milyon 131,1 min manat təşkil edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 39,9% çoxdur.

Sözügedən dövr ərzində büdcə xərclərində də nəzərəçarpacaq dərəcədə dəyişikliklər olub. Belə ki, bu ilin ilk 11 ayında Muxtar Respublikanın büdcəsinin xərcləri 365 milyon 484,6 min manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 21,7% azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti