...

İran rialı ucuzlaşır

Dünya xəbərləri Materials 16 Dekabr 2024 16:47 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün İranda qara bazarda 1 ABŞ dolları 764 min riala alqı-satqı olunub ki, bu da ölkə valyutasının dəyərini itirməkdə davam etdiyini göstərir.

Bu barədə Trend İran KİV-ə istinadən məlumat verib.

Ötən gün İranda 1 ABŞ dolları 755 min rial təşkil edib.

Hazırda ölkədə 1 avronun dəyəri 800 min rialdır. Halbuki 1 avro ötən gün 790 min rial təşkil edib.

Qeyd edək ki, ABŞ və Qərb ölkələrinin İran əleyhinə iqtisadi sanksiyaları, inflyasiya və bir çox digər problemlər ölkədə iqtisadi vəziyyətin mürəkkəb olduğunu göstərir.

İran Mərkəzi Bankının elan etdiyi rəsmi məzənnəyə əsasən 1 ABŞ dolları 533 min rial, 1 avro isə 560 min rialdır.

Xəbər lenti

Xəbər lenti