...

Məhkəmə-Hüquq Şurasına yeni hüquqlar verilir

Siyasət Materials 16 Dekabr 2024 17:56 (UTC +04:00)
Məhkəmə-Hüquq Şurasına yeni hüquqlar verilir
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Məhkəmə-Hüquq Şurasına yeni hüquqlar verilir.

Trend xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Məhkəmə-Hüquq Şurası haqqında” qanuna dəyişiklikdə əksini tapıb.

Sənədə əsasən, Məhkəmə-Hüquq Şurasının hüquqları sırasına aşağıdakılar daxil edilir:

vakant hakim vəzifələrinə namizədlərin seçilməsi qaydalarını müəyyən etmək;

Hakimlərin Qiymətləndirilməsi Komitəsi haqqında Əsasnaməni təsdiq etmək və Hakimlərin Qiymətləndirilməsi Komitəsini formalaşdırmaq;

ilk dəfə 3 il müddətinə təyin olunan hakimlərin müvafiq icra hakimiyyəti orqanının tədris-elm müəssisəsində təlimə cəlb edilməsi qaydalarını müəyyən etmək;

məhkəmə hakimiyyəti orqanlarının və Məhkəmə-Hüquq Şurasının aparatlarında dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibənin nəticələrindən verilən şikayətlərə baxılması üçün Məhkəmə-Hüquq Şurasının Apellyasiya Şurasını yaratmaq.

Məhkəmə-Hüquq Şurasının vəzifələri sırasına Məhkəmə-Hüquq Şurasının Apellyasiya Şurasının Əsasnaməsini təsdiq etmək daxil edilib.

Xəbər lenti

Xəbər lenti