Bakı. Trend:
Böyük Britaniya hökuməti milli poçt xidməti “Royal Mail”in çexiyalı milyarder Daniel Kretinskiyə 3,6 milyard funt sterlinq (təxminən 5,3 milyard dollar) müqabilində satılmasını təsdiqləyib.
Trend xəbər verir ki, bu satışla 500 illik tarixi olan “Royal Mail” ilk dəfə xarici sahibkarın mülkiyyəti olacaq.
Müqavilənin şərtlərinə görə, hökumət şirkətdə “qızıl pay” saxlayacaq ki, bu da “Royal Mail”in qərargahının və vergi rezidentliyinin Böyük Britaniyada qalmasını təmin edəcək.
Bu satış “Royal Mail”in maliyyə çətinlikləri və xidmət səviyyəsi ilə bağlı tənqidlər fonunda baş verir.