Bakı. Trend:
Dekabrın 17-si saat 9:00-a olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib.
Trend bu barədə Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi arabir Şəkidə 28 m/s, Laçında 24 m/s, Oğuzda 23 m/s, Tərtərdə 22 m/s, sarı xəbərdarlığa uyğun olaraq isə Bakıda və Abşeron yarımadasında 19 m/s, Kəlbəcərdə 21 m/s, Zəngilan, Bərdədə 20 m/s, Mingəçevir, Naftalan, Daşkəsəndə 18 m/s, Ağdam, Şəmkir, Göygol, Gədəbəydə 16 m/s-dək güclənib.
Neft Daşları Stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 4 metrə çatıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 3 dərəcəyədək isti, Aran rayonlarında 2, Naxçıvan MR-da 7, dağlıq rayonlarda 10 dərəcəyədək şaxta qeydə alınıb.