Bakı. Trend:
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Trend xəbər verir ki, bu
barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, dekabrın 16-da polis əməkdaşları paytaxt və
respublikanın ayrı-ayrı rayonlarında 2 tapança, 2 qumbara, 8
tüfəng, 1 patron darağı və 224 ədəd müxtəlif çaplı patron aşkar
edərək götürüblər.