...

Maya dəyərinin hesablanması xidməti səhiyyənin maliyyə davamlılığını təmin etmək üçün yaradılıb - Zaur Əliyev

Cəmiyyət Materials 17 Dekabr 2024 11:30 (UTC +04:00)
Maya dəyərinin hesablanması xidməti səhiyyənin maliyyə davamlılığını təmin etmək üçün yaradılıb - Zaur Əliyev
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Maya dəyərinin hesablanması xidməti səhiyyənin maliyyə davamlılığını təmin etmək üçün yaradılıb.

Trend xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev 2024-cü ilin yekunları ilə bağlı mətbuat konfransı zamanı deyib.

O bildirib ki, müasir dövrdə səhiyyənin maliyyələşdirilməsində davamlılığı təmin etmək çox vacib faktora çevrilmişdir: “Agentlik olaraq hazırda tibbi xidmətlərin xərclərini dəqiq müəyyən etməyə, xərc yaradan amilləri təhlil etməyə çalışırıq. İlk il ərzində 10 müəssisə üzrə analizlər aparılıb və ilkin metodologiya artıq hazırlanıb".

Sədr əlavə edib ki, hazırda optimallaşdırma təkliflərinin hazırlanması üzərində işlər aparılır. Gələcəkdə bu prosesi avtomatlaşdırmaq və daha çox tibbi müəssisəsini əhatə etmək planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti