Bakı. Trend
Sığortahaqqı ödəyən və xidmətdən yararlanan pasiyentlər üçün dövlət tibb müəssisələrinə 175.7 milyon manat, özəl tibb müəssisələrinə isə 60.3 milyon manat vəsait ödənilib.
Trend xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev 2024-cü ilin yekunları ilə bağlı mətbuat konfransı zamanı deyib.
O bildirib ki, dövlət tibb müəssisələrinə müraciətlərin sayı 3.8 milyonu, özəl tibb müəssisələrinə müraciət isə 208 mini keçib.
"Bu göstəricilər sığorta sisteminin maliyyə dayanıqlığını və tibbi xidmətlərə əlçatanlığın daha da gücləndiyini göstərir", - deyə o əlavə edib.