...

Əhalinin 52 faizi icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə edib - Zaur Əliyev

Cəmiyyət Materials 17 Dekabr 2024 11:19 (UTC +04:00)
Əhalinin 52 faizi icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə edib - Zaur Əliyev
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

2024-cü ilin 11 ayı ərzində 248,6 milyon manat məbləğində özəl tibb müəssisələrinə ödəniş olunub.

Trend xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev 2024-cü ilin yekunları ilə bağlı mətbuat konfransı zamanı deyib.

O bildirib ki, tibb müəssisələrinə müraciətlərin əsas hissəsi qan dövranı xəstəlikləri, ümumi tibbi baxış, endokrin sisteminin xəstəlikləri, maddələr mübadiləsi və qidalanma pozuntuları, tənəffüs sistemi xəstəlikləri ilə bağlı olub.

"Ümumilikdə əhalinin 52 faizi icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə edib. Bu hər iki şəxsdən birinin icbari tibbi sığortanın imkanlarından yararlandığını göstərir",- deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti