Bakı. Trend:
Yelo Bank əməkdaşlarının asudə vaxtlarını maraqlı və faydalı
dəyərləndirmələrini təmin etmək məqsədilə müxtəlif layihələr həyata
keçirir. Onlardan biri də əməkdaşlar arasında təşkil olunan
YeLogika Pro intellektual yarışıdır. Ötən həftə bu maraqlı yarışın
2024-cü il üzrə yekun oyunu keçirilib. Yarışda 25 komanda olmaqla
150-yə yaxın əməkdaş iştirak edib.150-ə yaxın əməkdaşın 27 komanda
ilə yarışdığı oyun “quiz” formatında keçirilib. “Quiz” formatında
keçirilən final oyunu böyük həyəcanla yadda qalıb. Çətin suallar,
komanda işi və rəqabət ruhunun üstünlük təşkil etdiyi yarışda
nəticələr belə olub:
1-ci yer: “Zümmerat Dağları” komandası (Mikro və KOB müştəriləri
departamenti);
2-ci yer: “Mozaika” komandası (Maliyyə departamenti);
3-cü yer: “İTburnu” komandası (İKT əməliyyatları departamenti).
Yelo Bank əməkdaşlarının yalnız peşəkar inkişafına deyil, həm də sosial rifahına da xüsusi diqqət yetirir. Bu məqsədələ həm baş ofis, həm də filial əməkdaşları üçün mütəmadi olaraq müxtəlif layihələr təşkil olunur. Belə layihələrə intellektual oyunlar, futbol və boulinq turnirləri, həftəlik yoqa dərsləri, master-klaslar və hətta haykinq turları daxildir. Bundan əlavə, peşəkar həkimlər ofisə dəvət olunur, əməkdaşlara ödənişsiz müayinə və konsultasiya xidmətləri göstərilir.
Yelo Bank-ın əsas fəlsəfəsi əməkdaşlarını öz kapitalı kimi görmək və onların rifahına davamlı sərmayə yatırmaqdır. Əgər sən də bu pozitiv iş mühitinin bir parçası olmaq və bankçılıq sahəsində uğurlu karyera qurmaq istəyirsənsə, Bankın aktiv vakansiyalarına göz gəzdir: https://bit.ly/bank-vakansiya
Bank xidmətləri, o cümlədən onlayn kredit haqqında əlavə suallarınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!