Bakı. Trend:
Azərbaycanda bu ilin on ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 42 min 73 nikah və 17 min 907 boşanma halları qeydə alınıb.
Trend xəbər verir ki, bu barədə məlumatı Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 5,3-dən 4,9-a düşüb.
Boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (2,1) qalıb.