Bakı. Trend:
2024-cü ilin yanvar-noyabr aylarında Türkiyənin Çeşme limanı 2 min 297 gəmi qəbul edib.
Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.
Nazirlikdən verilən məlumata görə, qeyd edilən müddət ərzində Çeşme limanı Türkiyə bayrağı altında üzən min 397, digər ölkələrin bayraqları altında üzən 900 gəmi qəbul edib.
Qeyd edək ki, 2024-cü ilin noyabr ayında Türkiyə limanları 32 milyon 470 min 94 ton yük qəbul edib.
Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 436 min 123 ton təşkil edib.
“Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 30 milyon 33 min 971 ton olub”, – deyə nazirlikdən bildirilib.
Bununla yanaşı, 2024-cü ilin noyabr ayında Türkiyə limanlarından 5 milyon 956 min 963 ton transit yük daşınıb.
Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin yanvar- noyabr aylarında Türkiyə limanları 363 milyon 841 min 53 ton yük qəbul edib.
“Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 27 milyon 488 min 32 ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 336 milyon 353 min 21 ton təşkil edib”, – deyə məlumatda qeyd edilib.
Məlumatda bildirilib ki, 2024-cü ilin yanvar-noyabr aylarında Türkiyə limanlarından 63 milyon 524 min 718 ton transit yük daşınıb.
Qeyd edək ki, bu ilin noyabr ayında Türkiyə limanları 4 min 373 gəmi qəbul edib.
Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 2 min 966, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə min 407 olub.
2024-cü ilin yanvar-noyabr aylarında Türkiyə limanları 56 min 86 gəmi qəbul edib.
“Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 36 min 550, Türkiyə bayrağı altında olan gəmilər isə 19 min 536 olub”, – deyə nazirlikdən bildirilib.