...

Agentlik sədri bu ilin ilk 10 ayında sığortahaqqı ödəyənlərin sayını açıqlayıb

Cəmiyyət Materials 17 Dekabr 2024 11:19 (UTC +04:00)
Agentlik sədri bu ilin ilk 10 ayında sığortahaqqı ödəyənlərin sayını açıqlayıb
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend

2024-cü ilin ilk 10 ayında sığortahaqqı ödəyənlərin sayı 2 milyon 237 min nəfərə çatıb ki, bu da iqtisadi fəal əhalinin 42%-ni təşkil edir.

Trend xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev 2024-cü ilin yekunları ilə bağlı mətbuat konfransı zamanı deyib.

O bildirib ki, sığortahaqqı ödəyən şəxslərin təxminən yarısı tibbi xidmətlərdən yararlanaraq sığortanın təmin etdiyi imkanlardan istifadə edib.

"2023-cü il üzrə sığortahaqqı ödəyənlər üçün bir pasiyentə düşən ödəniş 181 manat, ödəməyənlər üçün isə 172 manat olub.

​Yaş qrupları üzrə xidmətlərdə ən çox xərc 65 yaşdan yuxarı sığortahaqqı ödəyən əhali arasında qeydə alınıb. Sözügedən kateqoriya üzrə 1 pasiyentə düşən ödəniş 405 manat təşkil edib ki, bu da sığorta sisteminin yaşlı əhali üçün vacibliyini göstərir", - sədr qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti