...

Son beş ildə Azərbaycanın xarici ticarət dövriyyəsi iki dəfə artıb – Şahmar Mövsümov

İqtisadiyyat Materials 17 Dekabr 2024 11:23 (UTC +04:00)
Son beş ildə Azərbaycanın xarici ticarət dövriyyəsi iki dəfə artıb – Şahmar Mövsümov
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Son beş ildə Azərbaycanın xarici ticarət dövriyyəsi iki dəfə artıb.

Trend xəbər verir ki, bunu bu gün Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Bakıda keçirilən Gömrük-Biznes Forumunda deyib.

Ş.Mövsümov ölkədə gömrük və biznes sahəsinin inkişafına, yeni dinamik yanaşmaların və müasir texnologiyaların tətbiqinə xüsusi diqqət yetirildiyini vurğulayıb.

“Gömrük prosedurlarının optimallaşdırılması, rəqəmsal əməliyyatların tətbiqi və inzibati maneələrin aradan qaldırılması yerli və xarici sahibkarlar üçün daha əlverişli şərait yaradır. Bu islahatlar bütövlükdə iqtisadiyyatın möhkəmlənməsinə töhfə verir. Son beş il ərzində xarici ticarət dövriyyəsi iki dəfədən çox artaraq 52 milyard dolları ötüb”, - deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti