...

“Kartdan-karta” işləyən daha 593 sahibkar cəzalandırıldı

İqtisadiyyat Materials 17 Dekabr 2024 12:45 (UTC +04:00)
“Kartdan-karta” işləyən daha 593 sahibkar cəzalandırıldı
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) nəzarət tədbirləri nəticəsində ümumilikdə 593 ticarət və iaşə obyektində ödənişlərin sistematik şəkildə POS-terminal deyil, kartdan-karta köçürmə əməliyyatları vasitəsilə həyata keçirilməsinə şərait yaradıldığı aşkarlanıb.

Bu barədə Trend DVX-ya istinadən xəbər verir.

Məlumata görə, həmin sahibkarlıq subyektləri ilə bağlı protokollar tərtib olunub və maliyyə sanksiyalarının tətbiqi barədə qərarlar qəbul edilib:

"Dövlət Vergi Xidməti bir daha bildirir ki, nağdsız vəsaitin qəbulu yalnız POS-terminal vasitəsilə həyata keçirilməli və bu zaman vətəndaşlara POS-terminalın qəbzi ilə yanaşı nəzarət-kassa aparatının çeki də təqdim edilməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna uyğun olaraq POS-terminalların quraşdırılması, “Elektron ticarət haqqında” Qanuna əsasən isə istehlakçılara elektron ödəniş imkanının yaradılması vergi ödəyicilərinin birbaşa vəzifələrinə aiddir".

Xatırladaq ki, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə onların quraşdırılmaması və nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə görə, vergi ödəyicisinə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1.000 manat, ikinci dəfə yol verildikdə 3.000 manat, üç və daha çox dəfə yol verildikdə isə 6.000 manat məbləğində maliyyə sanksiyası tətbiq olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti