...

Bayramı günlərində Bakı-Qəbələ qatar reysləri təşkil ediləcək

Cəmiyyət Materials 17 Dekabr 2024 15:19 (UTC +04:00)
Bayramı günlərində Bakı-Qəbələ qatar reysləri təşkil ediləcək
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) 30 dekabr - 5 yanvar bayram günlərində 1 yanvar istisna olmaqla, hər gün Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatar reysləri təşkil edəcək.

Trend xəbər verir ki, bu barədə ADY məlumat yayıb.

Qeyd edək ki, 28 və 29 dekabrda Abşeron dairəvi dəmir yolu xətti üzrə sürət elektrik və ekspres qatarları iş günlərinin qrafikinə uyğun hərəkətdə olacaq.

Məlumata görə, 30 və 31 dekabr, həmçinin 1, 2, 3, 4 və 5 yanvar tarixlərində isə bu marşrut üzrə sürət elektrik qatarlarının hərəkəti qeyri-iş günlərinin cədvəlinə əsasən təşkil ediləcək. Bu tarixlərdə ekspres qatar hərəkətdə olmayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti