...

Azərbaycan nefti ucuzlaşdı

İqtisadiyyat Materials 17 Dekabr 2024 09:37 (UTC +04:00)
Azərbaycan nefti ucuzlaşdı
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,43 ABŞ dolları, yaxud 0,56 % azalaraq 76,13 ABŞ dolları təşkil edib.

Bu barədə Trend-ə neft bazarındakı mənbə məlumat verib.

Hərracların nəticələrinə görə, “Brent” markalı neftin fevral fyuçerslərinin qiyməti 73,91 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti