...

Azərbaycanda elektron bildiriş sistemi və təminat əsasında malların buraxılış mexanizmi hazırlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Dekabr 2024 12:05 (UTC +04:00)
Azərbaycanda elektron bildiriş sistemi və təminat əsasında malların buraxılış mexanizmi hazırlanıb
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda elektron bildiriş sistemi və təminat əsasında malların buraxılış mexanizmi hazırlanıb.

Trend xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Bakıda keçirilən gömrük biznes-forumunda deyib.

“Beynəlxalq standartlara uyğun olaraq gəlirlərin toplanması istiqamətində metodiki vəsaitlər, elektron bildiriş sistemi və təminat əsasında malların buraxılış mexanizmi hazırlanıb”, – deyə o bildirib.

Ş.Bağırov qeyd edib ki, yığımlar, gömrük rüsumları və vergilər 2023-cü ildə dövlət büdcəsinin 18 faizini və ÜDM-in 5,2 faizini təşkil edib.

“Ötən il gömrük gəlirləri büdcədə 2022-ci illə müqayisədə 12,4 faiz artıb”, – deyə o əlavə edib.

Xəbər lenti

Xəbər lenti