Bakı. Trend:
2024-cü ilin yanvar-noyabr aylarında Türkiyədən Qazaxıstana polad ixracı 2023-cü ilin eyni ayı ilə müqayisədə 18,6 faiz azalaraq, 27 milyon 792 min 27 dollara çatıb.
Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“2024-cü ilin noyabr ayında Türkiyə Qazaxıstana 3 milyon 592 min 89 dollar məbləğində polad məhsulları ixrac edib ki, bu da ötən ilin eyni dövri ilə müqayisədə 24,8 faiz azalaraq”, – deyə nazirlikdən bildirilib.
Qeyd edək ki, 2024-cü ilin yanvar-noyabr aylarında Türkiyənin dünya bazarlarına polad ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 8,9 faiz artaraq, 14,7 milyon dollara bərabər olub.
“Bu ilin noyabr ayında Türkiyə 1,2 milyon dollar məbləğində polad ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 8,5 faiz çoxdur,” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (noyabr 2023 – noyabr 2024) Türkiyə 16 milyon dollar məbləğində polad ixrac edib.