...

MSK bələdiyyə seçkilərində seçkiqabağı təşviqatla bağlı elan yayımlayıb

Cəmiyyət Materials 17 Dekabr 2024 10:08 (UTC +04:00)
MSK bələdiyyə seçkilərində seçkiqabağı təşviqatla bağlı elan yayımlayıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Mərkəzi Seçki Komissiyası 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində seçkiqabağı təşviqatla bağlı elan yayımlayıb.

Trend xəbər verir ki, elanda qeyd edilib ki, seçkiqabağı təşviqat aparmaq məqsədilə ölkə üzrə bələdiyyələrin yarısından çoxunda namizədləri qeydə alınmış siyasi partiyalara, siyasi partiyaların bloklarına göstərilən media subyektlərində ödənişsiz efir vaxtı və dərc üçün yer ayrılacaq.

MSK-dan qeyd edilib ki, həmin media subyektləri İctimai Televiziya və Radio Yayımları Şirkəti, "Azərbaycan” qəzeti, "Xalq qəzeti”, "Respublika” qəzeti, "Bakinski raboçi” qəzetidir.

Bildirilib ki, yuxarıda göstərilən qurumlar, o cümlədən digər televiziya və radio yayımçıları və dövri nəşrlərin redaksiyaları seçkiqabağı təşviqat üçün ödənişli efir vaxtı və yaxud dərc üçün yer ayrılmasının mümkünlüyünə dair qərar qəbul etdikdə, bu barədə Mərkəzi Seçki Komissiyasına müvafiq bildirişlər göndərməli, efir vaxtının verilməsinə və dərc üçün yerin ayrılmasına görə ödənişin əsasları, şərtləri və məbləği barəsində məlumatları bələdiyyə seçkilərinin təyin edilməsi haqqında qərarın rəsmi dərc olunmasından sonra ən geci 30 gün keçənədək (2024-cü il dekabrın 28-dək) dərc etməlidirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti