...

Azərbaycanda metro istifadəçilərinin sayı 5%-dən çox artıb

İqtisadiyyat Materials 17 Dekabr 2024 17:02 (UTC +04:00)
Azərbaycanda metro istifadəçilərinin sayı 5%-dən çox artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 208,6 milyon nəfər olub.

Bu barədə Trend Dövlət Statistikas Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,3 faiz çoxdur.

Qeyd edək ki, bu ilin ilik 11 ayında nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 127 milyon ton yük, 1650,4 milyon sərnişin daşınmış və əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 6,5 faiz və 8,2 faiz artım qeydə alınıb.

Sərnişinlərin 95,2 faizi avtobus, 4,8 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Yük dövriyyəsi 13,2 faiz, sərnişin dövriyyəsi isə 9,5 faiz artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti