...

“Şahdəniz-2” layihəsi çərçivəsində hasil olunan qaz və kondensatın həcmi açıqlandı

Energetika Materials 17 Dekabr 2024 16:59 (UTC +04:00)
“Şahdəniz-2” layihəsi çərçivəsində hasil olunan qaz və kondensatın həcmi açıqlandı
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Kommersiya məqsədli hasilatın başlanıldığı 30 iyun 2018-ci ildən 1 dekabr 2024-cü ilədək “Şahdəniz-2” layihəsi çərçivəsində 66,6 mlrd. kubmetr qaz hasil edilib.

Bu barədə Trend Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir.

Məlumata görə, hesabat dövründə “Şahdəniz-2” layihəsi çərçivəsində 11,5 mln. ton kondensat hasil edilib.

Bildirilib ki, 17 dekabr 2013-cü il tarixində “Şahdəniz” Konsorsiumu Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağının işlənilməsinin 2-ci mərhələsi üzrə yekun investisiya qərarı imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti