Bakı. Trend:
Türkiyə ilə Azərbaycan arasında tranzit keçid sənədi kvotasının 35 mindən 100 minə artırılıb.
Trend xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Türkiyə-Azərbaycan Quru Nəqliyyatı Müştərək Komissiyasının iclasında yazılı açıqlamasında bildirib.
A.Uraloğlu Türkiyədən Azərbaycana ixracatın 81 faizinin avtomobil nəqliyyatı ilə həyata keçirildiyini qeyd edib.
“Türkiyə ilə Azərbaycan arasındakı tranzit keçid sənədi kvotası 35 mindən 100 minədək artırıldı. Ümumi keçid sənədlərinin sayı isə 180 min 500-ə çatdı. Son illərdə avtomobil nəqliyyatında istifadə edilən keçid sənədlərində əhəmiyyətli artım əldə etmişik.
Bu addım ilə avtomobil nəqliyyatının səmərəliliyini artıraraq, ticarətin sürətlənməsinə şərait yaratmağı hədəfləyirik”, – deyə o bildirib.
A.Uraloğlu, daşımaların və ticarətin inkişaf etdirilməsi məqsədilə ortaq işlərin davam etdiriləcəyini də vurğulayıb.