Bakı. Trend:
Azərbaycanda tikinti materiallarının istehsalı sahəsində 2024-сü ilin yanvar-noyabr aylarında istehsalın ümumi dəyəri 1290,5 milyon manat olub.
Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 15,6 faiz çoxdur.
Dövr ərzində sementdən, betondan kərpiclər və oxşar məmulatların istehsalı 51,3 faiz, beton istehsalı 29,5 faiz, betondan yığma tikinti konstruksiyalarının istehsalı 28,8 faiz, sement istehsalı 9,3 faiz artıb, asfalt istehsalı isə 13,5 faiz azalıb.