...

Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 4%-ə yaxın artıb

İqtisadiyyat Materials 17 Dekabr 2024 19:47 (UTC +04:00)
Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 4%-ə yaxın artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-noyabr aylarında pərakəndə ticarət şəbəkəsindən əhaliyə 53 milyard 867,7 milyon manatlıq məhsul satılıb.

Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, xidmət subyektləri tərəfindən 11 milyard 394,5 milyon manatlıq ödənişli xidmət göstərilib.

Məlumata görə, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə əmtəə dövriyyəsi 3,8 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunan gəlir 8,5 faiz artıb.

Ticarət şəbəkəsində 29 milyard 534,8 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 24 milyard 332,9 milyon manatlıq qeyri-ərzaq malları satılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti