...

Azərbaycan millisi futzal üzrə AVRO-2026 seçmə mərhələsinə dramatik heç-heçə ilə başladı

İdman Materials 17 Dekabr 2024 22:16 (UTC +04:00)
Azərbaycan millisi futzal üzrə AVRO-2026 seçmə mərhələsinə dramatik heç-heçə ilə başladı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın futzal millisi bu gün AVRO-2026-nın əsas seçmə mərhələsində ilk oyununu keçirib.

Trend xəbər verir ki, Bakı İdman Sarayında baş tutan matçda Vitali Borisovun rəhbərlik etdiyi yığma V qrupda İsveç millisi ilə qarşılaşıb.

Oyunda erkən qol vuran komandamız üstünlüyü qoruya bilməyərək fasiləyə kimi hesabın bərabərləşməsinə şərait yaradıb. İkinci hissədə də millimiz üstünlüyü ələ alsa da, İsveç komandası sona yaxın hesabda önə keçib. Buna baxmayaraq, oyunun qəhrəmanı olan Oktay Rüstəmli matçın bitməsinə cəmi 2 saniyə qalmış vurduğu qol ilə millimizi məğlubiyyətdən xilas edib.

Azərbaycan millisi növbəti oyununu 2025-ci il yanvarın 31-də səfərdə Xorvatiyaya qarşı keçirəcək.

Xəbər lenti

Xəbər lenti