...

İlon Mask və onun "SpaceX" şirkəti federal araşdırma ilə üzləşib

Dünya xəbərləri Materials 18 Dekabr 2024 01:48 (UTC +04:00)
İlon Mask və onun "SpaceX" şirkəti federal araşdırma ilə üzləşib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İlon Mask və onun "SpaceX" şirkəti milli təhlükəsizliyin qorunmasına yönəlmiş qaydalara uyğunluq məsələsi ilə əlaqədar olaraq ən azı üç federal araşdırma ilə üzləşib.

Trend xəbər verir ki, bu barədə məlumatı "The New York Times" mənbələrə və şirkətin daxili sənədlərinə istinadən yayıb.

Məlumata görə, araşdırmalar ABŞ Hərbi Hava Qüvvələri, Müdafiə Nazirliyinin baş müfəttişi və müdafiə nazirinin kəşfiyyat və təhlükəsizlik üzrə müavininin təşəbbüsü ilə aparılır.

Araşdırmalar, milli təhlükəsizlik məsələlərini tənzimləyən federal hesabat tələblərinin mümkün pozulmasına dair aparılır.

Xəbər lenti

Xəbər lenti