Bakı. Trend:
Yeddi K2 tankı, həmçinin çoxsaylı buraxılış raket sistemləri (MLRS) Homar-K (K239 Chunmoo) və özüyeriyən artilleriya qurğuları (SPG) K9-dan ibarət növbəti partiya Cənubi Koreyadan Polşaya göndərilib.
Trend xəbər verir ki, bu barədə Polşa Müdafiə Nazirliyinin rəis müavini Pavel Beyda məlumat verib.
“Bizim bu il üçün tam K2 tankları var. 2024-cü ildə Polşaya 7 tank, ümumilikdə isə 84 tank gəlib. Polşa ordusu həmçinin yeni K9 haubitsaları və Homar-K buraxılış qurğuları alıb”, – siyasətçi X sosial şəbəkəsində qeyd edib. O, həmçinin özüyeriyən silahların tədarükünün əvvəlcədən həyata keçirildiyini vurğulayıb.
2022-ci ilin iyulunda Polşa hökuməti Cənubi Koreya ilə 980 K2 tankı, 648 K9 özüyeriyən artilleriya qurğusu və 48 FA-50 yüngül təyyarəsi tədarükü barədə razılığa gəlib. Həmçinin 288 ədəd K239 Chunmoo reaktiv yaylım atəşi sistemlərinin tədarükü ilə bağlı müqavilə imzalanıb. Müqavilənin ümumi məbləği 12,4 milyard dollar təşkil edir.