Bakı. Trend:
Azəebaycan muğamı Belçikanın Musiqi Alətləri Muzeyində ifa edilib.
Trend xəbər verir ki, bu barədə UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası məlumat yayıb.
“Azərbaycanın Belçikadakı səfirliyinin təşkilatçılığı ilə bu gecə Brüsseldə füsunkar Azərbaycan muğamı ifa edilib. Dinləyicilər Musiqi Alətləri Muzeyində Sahib Paşazadənin tarının sehrli sədaları, Xəyyam Məmmədovun kamançası, xanəndə İlkin Əhmədovun valehedici vokalları və Yeganə Axundovanın nəfis fortepiano ifasından həzz aldılar”, - deyə, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının “X” səhifəsindəki paylaşımda deyilir.