...

Beynəlxalq ictimaiyyət Suriyanın yenidən qurulmasında birgə fəaliyyət göstərməlidir - Ərdoğan

Dünya xəbərləri Materials 17 Dekabr 2024 21:46 (UTC +04:00)
Beynəlxalq ictimaiyyət Suriyanın yenidən qurulmasında birgə fəaliyyət göstərməlidir - Ərdoğan
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə Ankarada keçirdiyi görüşdə beynəlxalq ictimaiyyətin Suriyanın yenidən qurulmasında əməkdaşlıq etməli olduğunu vurğulayıb.

Trend xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası danışıqların yekunu ilə bağlı açıqlama yayıb.

“Prezident Ərdoğan Türkiyənin Suriyanın ərazi bütövlüyü və birliyinin qorunması istiqamətində həm Suriya xalqını, həm də hakimiyyətini dəstəklədiyini qeyd edib. O, beynəlxalq ictimaiyyəti Suriyanın yenidən qurulması prosesində fəal əməkdaşlığa çağırıb,” - deyə məlumatda bildirilir.

Ərdoğan əlavə edib ki, Türkiyə öz milli təhlükəsizliyini təmin etmək və regiondakı qeyri-sabitliyə son qoymaq üçün Suriyadakı terror təşkilatlarına qarşı mübarizəni davam etdirəcək.

Xəbər lenti

Xəbər lenti