Bakı. Trend:
Bu gün AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası baş tutub.
Trend xəbər verir ki, toplantıda əvvəlcə icraçı vitse-prezident Sərxan Hacıyev gündəlikdəki məsələlər barədə məlumat təqdim edib. Daha sonra gündəlikdə duran məsələlər ətrafında müzakirələr aparılıb.
İclas zamanı Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş UEFA Millətlər Liqasındakı çıxışla bağlı hesabatını təqdim edib. O, həmçinin komandanın gələcək perspektivləri barədə fikirlərini bölüşüb. İcraiyyə Komitəsi üzvləri baş məşqçinin qeydə alınmış nəticələrə dair rəyini dinləyib.
Daha sonra AFFA-nın Texniki direktoru Cahangir Həsənzadə aşağı yaş qrupları üzrə milli komandaların seçmə mərhələdəki çıxışına dair hesabat verib və üzvlərin suallarını cavablandırıb. Müzakirələr zamanı təklif və rəylər nəzərə alınıb.
İclasda, həmçinin, AFFA-nın inkişaf strategiyasının icrası ilə bağlı son vəziyyət müzakirə olunub. Bildirilib ki, strategiya 2025-ci ilin yanvarında ictimaiyyətə açıqlanacaq.
Bundan başqa, iclasda bir sıra digər məsələlər də nəzərdən keçirilib.