...

Azərbaycanın qeyri-neft məhsulları ixrac etdiyi əsas ölkələr - SİYAHI

İqtisadiyyat Materials 17 Dekabr 2024 21:00 (UTC +04:00)
Azərbaycanın qeyri-neft məhsulları ixrac etdiyi əsas ölkələr - SİYAHI
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-oktyabr aylarında qeyri neft-qaz məhsullarının ixracı 2 milyard 807,5 milyon dollar təşkil edib.

Trend-in Dövlət Statistika Komitəsinə istinadən məlumatına görə, bu, 2023-cü ilin yanvar-oktyabr aylarına nisbətən faktiki qiymətlərlə 3,5 faiz artma, real ifadədə isə 9,1 faiz azalma deməkdir.

Məlumata görə, qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (34,1 faiz), Türkiyəyə (17,0 faiz), Gürcüstana (8,3 faiz), İsveçrəyə (6,0 faiz), ABŞ-yə (4,2 faiz), Qazaxıstana (3,8 faiz), Ukraynaya (3,2 faiz), Türkmənistana (2,5 faiz), Omana (2,3 faiz), Birləşmiş Ərəb Əmirliklərinə (1,6 faiz), Almaniyaya (1,5 faiz), Belarusa (1,4 faiz), Niderlanda (1,2 faiz), İtaliyaya (1,2 faiz), Rumıniyaya (1,1 faiz), Özbəkistana (1,1 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib.

Qeyd olunub ki, ixracın strukturunda xam neft, təbii qaz və neft-qaz məhsullarının, meyvə və tərəvəzlərin, plastik kütlə və ondan hazırlanan məmulatların, kimya sənayesi məhsullarının, alüminium və ondan hazırlanan məmulatların, pambıq lifi və ipliyinin, qara metallar və onlardan hazırlanan məmulatların, alkoqollu və alkoqolsuz içkilərin, şəkərin, bitki yağlarının payı üstünlük təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti