Bakı. Trend:
Nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən 2024-cü ilin yanvar-noyabr aylarında 213,7 milyon ton yük və 1870,5 milyon sərnişin daşınıb.
Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 3,3 faiz, sərnişin daşınması isə 8,0 faiz artıb.
Yüklərin 59,4 faizi avtomobil, 28,8 faizi boru kəməri, 7,9 faizi dəmir yolu, 3,7 faizi dəniz, 0,2 faizi isə hava nəqliyyatı ilə daşınıb. Sərnişinlərin 88,2 faizi avtomobil, 11,2 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.