Bakı. Trend:
Mərkəzi Bankın məlumatlarına görə, 2024-cü il noyabr ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 28 milyard 779,2 milyon manat təşkil edib ki, onun da 24 milyard 154,4 milyon manatı uzunmüddətli kreditlər olub.
Trend-in Dövlət Statistika Komitəsinə istinadən məlumatına görə, ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 1,7 faizini təşkil edib.
Məlumata görə, əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 2024-cü il noyabr ayının 1-nə 14266,0 milyon manat olub.
Qeyd edilib ki, 2024-cü ilin yanvar-noyabr aylarında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 manata, 1 Avroya – 1,85 manata, 100 Türk lirəsinə – 5,21 manata, 100 Rusiya rubluna – 1,86 manata bərabər olub.