...

Tbilisidə hökumət əleyhinə etiraz aksiyaları davam edir

Dünya xəbərləri Materials 17 Dekabr 2024 21:34 (UTC +04:00)
Tbilisidə hökumət əleyhinə etiraz aksiyaları davam edir
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Tbilisidə parlament binası qarşısında hökumət əleyhinə növbəti etiraz aksiyası keçirilib.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bir neçə yüz nəfər Rustaveli prospektinə toplaşaraq yolu bağlayıb. Bəzi iştirakçılar şəhərin mərkəzindən kortejlərlə parlament binasına gəliblər.

Etiraz aksiyası dinc şəraitdə davam edir və hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları görünmür. Tiflislə yanaşı, Batumi və Kutaisidə də eyni vaxtda analoji aksiyalar keçirilir.

Qeyd edək ki, Gürcüstanda etiraz aksiyaları noyabrın 28-dən başlayıb. İlk həftə qarşıdurmalarla yadda qalan mitinqlərdə etirazçılarla təhlükəsizlik qüvvələri arasında gərginlik yaşanıb. Polis su şırnaqları və gözyaşardıcı qazdan istifadə etdiyi halda, etirazçılar pirotexniki vasitələrlə cavab veriblər.

Son günlər aksiyalar dinc xarakter alıb və hüquq-mühafizə orqanları prospektdəki növbətçiliyi dayandırıb. Mitinqlər parlament binası qarşısında hər gün davam edir.

Xəbər lenti

Xəbər lenti