...

İran Avrasiya İqtisadi İttifaqında müşahidəçi dövlət statusu alacaq

Dünya xəbərləri Materials 17 Dekabr 2024 19:23 (UTC +04:00)
İran Avrasiya İqtisadi İttifaqında müşahidəçi dövlət statusu alacaq
Ramazan Abdullayev
Ramazan Abdullayev
Bütün xəbərlər

Bakı. Trend:

İran Avrasiya İqtisadi İttifaqında müşahidəçi dövlət statusu alacaq.

Trend xəbər verir ki, bu barədə Rusiyanın Baş naziri Mixail Mişustin “Rossiyskaya qazeta”ya müsahibəsində bildirib.

“İttifaqda müşahidəçi dövlətlərin dairəsi genişlənir. Özbəkistan və Kuba ilə yanaşı, belə status İrana da veriləcək”, - deyə o qeyd edib.

Baş nazir nəşrə müsahibəsində, həmçinin vurğulayıb ki, MDB ölkələri Rusiyanın ən yaxın müttəfiqləri və əsas tərəfdaşlarıdır, bir-birinin güclü tərəflərindən istifadə edilməsi isə inkişaf üçün yeni imkanlar yaradır.

Xəbər lenti

Xəbər lenti