...

Fransada bir ildə 4 baş nazirin dəyişməsi nəticəsində əhalinin dövlət qurumlarına etimadı azalıb

Dünya xəbərləri Materials 18 Dekabr 2024 05:26 (UTC +04:00)
Fransada bir ildə 4 baş nazirin dəyişməsi nəticəsində əhalinin dövlət qurumlarına etimadı azalıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fransada dövlət qurumlarına etimad azalır: "Mascaret" təşkilatının sorğusuna görə, fransızların yarıdan çoxu V Respublikanın ləğvini istəyir.

Trend "Figaro"ya istinadən xəbər verir ki, "Mascaret" təşkilatının Senat (Parlamentin yuxarı palatası) və yerli KİV üçün keçirdiyi sorğunun nəticələrinə görə, fransızların 85 faizi dövlət qurumlarında islahat aparılmasını tələb edir.

Sorğuda iştirak edənlərin 83 faizi senator və deputatların sayının azaldılmasını, 74 faizi isə seçkilərdə proporsional sistemin tətbiqini istəyib. Eyni zamanda, respondentlərin 56 faizi ümumiyyətlə V Respublikanın ləğvini və VI Respublikanın qurulmasını istəyir.

Sorğunun nəticələrinə əsasən, Prezident Emmanuel Makronun reytinqi də ən aşağı həddə enib. Respondentlərin 75 faizi dövlət başçısı barədə mənfi rəy bildirib.

Xəbər lenti

Xəbər lenti