...

Qarabağ Universitetində ən yaxşı klinik model tətbiq oluna bilər

Cəmiyyət Materials 18 Dekabr 2024 10:19 (UTC +04:00)
Qarabağ Universitetində ən yaxşı klinik model tətbiq oluna bilər
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Qarabağ Universitetində ən yaxşı klinik model tətbiq oluna bilər.

Trend xəbər verir ki, bunu Qarabağ Universitetinin tibb proqramlarının direktoru Samir Babayev bu gün “Səhiyyə İdarəçiləri Zirvəsi 2024” çərçivəsində keçirilən paneldə çıxışı zamanı deyib.

O, əvvəllər dünyaca məşhur Mayo Klinikasında çalışdığını xatırladıb.

"Həmin tibb müəssisəsi modelinin bəzi prinsiplərinin Qarabağ Universitetində tətbiqi tədris və tibbi xidməti sahəsində ciddi irəliləyişlərə səbəb ola bilər. Bu model qeyri-kommersiya prinsipi ilə işləyir və bütün gəlirlər işçilərin rifahı və infrastrukturun inkişafına yönəldilir. Əsas məqsəd işçilərin məmnuniyyətini artırmaqla göstərilən tibbi xidmətin keyfiyyətini maksimuma çatdırmaqdır. Mayo Klinikası işçilərinə yüksək maaş və sabit əməkhaqqı təmin etməklə fərqlənir. Burada işçilər yalnız maaş alır, əlavə bonus və imtiyazlar yoxdur. Lakin əməkhaqqı digər tibb mərkəzlərinə nisbətən daha yüksəkdir ki, bu da peşəkarların uzunmüddətli işləməsini təmin edir".

O qeyd edib ki, eyni vəzifədə çalışan işçilərin bərabər maaş alması komandadaxili iş birliyini və kollektiv ruhunu gücləndirir.

"Pasiyentlər isə konkret həkimi seçməyə ehtiyac duymadan klinikanın adını eşidərək yüksək səviyyəli tibbi xidmət alacaqlarına əmin olurlar. Həmin prinsiplərin Qarabağ Universitetində tətbiqi yerli təhsil və səhiyyə sektorunda ciddi yeniliklərə və rəqabət qabiliyyətinin artmasına səbəb ola bilər. Bu addım universiteti beynəlxalq səviyyədə tanınan bir quruma çevirmək üçün böyük potensial yaradar", - deyə o əlavə edib.

Xəbər lenti

Xəbər lenti