...

TƏBİB sədri tibb sahəsində ən önəmli məsələləri AÇIQLAYIB

Cəmiyyət Materials 18 Dekabr 2024 12:00 (UTC +04:00)
TƏBİB sədri tibb sahəsində ən önəmli məsələləri AÇIQLAYIB
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Səhiyyə sahəsində ən önəmli məsələ tibb personalının bilik və bacarıqlarının artırılması, onların müasir yanaşmalardan istifadə edərək uğurlu müayinə-müalicə prosesini idarə edə bilməsidir.

Trend xəbər verir ki, bunu “Səhiyyə İdarəçiləri Zirvəsi 2024”ün “Səhiyyədə yeni imkanlar” adlı II panelində TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov deyib.

O bildirib ki, buna adekvat olaraq maddi-texniki bazanın gücləndirilməsi, müasir texnologiyalarla xidmət keyfiyyətinin və səmərəliliyinin artırılması da xüsusi ilə əhəmiyyətlidir.

"Əlbəttə ki, bütün bunlar həm də müasir idarəetmə tələb edir. İstər kadrların, istər maddi-texniki resursların düzgün idarəedilməsi, yüksək menecment olmadan uğurlu ola bilməz. Bütün bunlar vəhdət təşkil etməli, vahid kompleks şəklində formalaşdırılmalıdır.

TƏBİB də Azərbaycanın önəmli səhiyyə qurumlarından biri kimi tibb sahəsindəki müasir tendensiyaları yaxından izləyir. Bu gün TƏBİB tabeli tibb müəssisələrinin rəhbərlərinin idarəetmə bacarıqlarının inkişaf etdirilməsi, resursların effektiv idarəolunması, səhiyyə sahəsinin rəqəmsallaşdırılması, innovativ yeniliklərin tətbiqi, xidmət standartlarının müasir tələblərlə uyğunlaşdırılması istiqamətində önəmli addımlar atır. Eyni zamanda günümüzün tələblərinə uyğun olaraq sağlamlıq, tibbi turizm imkanları, dövlət-özəl tərəfdaşlığı çərçivəsində əməkdaşlıq modelləri üzərində də işlər aparılır", - o əlavə edib.

TƏBİB sədri qeyd edib ki, tibb müəssisələrinin rəhbərlərinin bilik və bacarıqlarının artırılması məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə Ankara Universiteti arasında imzalanmış “Təhsil xidmətlərinin göstərilməsi və elmi əməkdaşlığa dair Protokol” çərçivəsində Ankara Universitetində “Xəstəxanaların idarə edilməsi” mövzusunda dəfələrlə təlimlərin təşkil olunması da müsbət addımlardandır:

"Bu təlimlərin yekunu olaraq TƏBİB, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Ankara Universiteti arasında üçtərəfli Anlaşma Memorandumu imzalanıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti