...

Türkiyədən Yunanistana hazır geyim məhsulları ixracı artıb

Dünya xəbərləri Materials 18 Dekabr 2024 14:14 (UTC +04:00)

Bakı. Trend:

2024-cü ilin yanvar-noyabr aylarında Türkiyənin Yunanistana hazır geyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 10,3 faiz artaraq, 144 milyon 110 min dollara ÇATIb.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin noyabr ayında Türkiyə Yunanistana 14 milyon 213 min dollar məbləğində hazır geyim məhsulları ixrac edib ki, bu da keçən ilin noyabr ayı ilə müqayisədə 3,1 faiz azdır.” – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-noyabr aylarında Türkiyənin hazır geyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,4 faiz azalaraq, 16 milyar 661 milyon 719 min dollara bərabər olub.

“Bu ilin noyabr ayında Türkiyə 1 milyard 489 milyon 931 min dollar məbləğində hazır geyim məhsulları ixrac edib ki, bu da keçən ilin sentyabr ayı ilə müqayisədə 4,3 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (noyabr 2023-noyabr 2024) Türkiyə 18 milyard 111 milyon 716 min dollar məbləğində hazır geyim məhsulları ixrac edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti