...

Azərbaycanda qızıl istehsalı artıb, gümüş isə azalıb

İqtisadiyyat Materials 18 Dekabr 2024 15:47 (UTC +04:00)
Azərbaycanda qızıl istehsalı artıb, gümüş isə azalıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda 2 567,2 kq qızıl, 3 064,2 kq gümüş istehsal edilib.

Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, qızıl istehsalı 2023-cü ilin yanvar-noyabr aylarının göstəricisindən 59,3 kq (2,4%) çox, gümüş istehsalı isə 698 kq (18,5%) az olub.

Sözügedən dövr ərzində Azərbaycanda mis konsentratının istehsalı 200,3 ton olub ki, bu da ötən ilin yanvar-noyabr ayları ilə müqayisədə 1915,5 ton (90,5%) azdır.

Bu ilin dekabrın 1-nə ölkədə 282,6 kq qızıl, 664,4 kq gümüş ehtiyatı yaranıb. Mis konsentratının ehtiyatı isə bu ilin dekabrın 1-nə 93,6 ton təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti