Bakı. Trend:
Bu ilin yanvar-noyabr aylarında Azərbaycandan 93 milyon 934 min ABŞ dolları dəyərində 1 milyard 745 milyon 249 min kvt/saat elektrik enerjisi ixrac edilib.
Bu barədə Trend Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 285 milyon 366 min ABŞ dolları (75,2%), həcm baxımından isə 2 milyard 177 milyon 968 min kvt/saat (55,5%) azdır.
Hesabat dövründə elektrik enerjisi ixracı Azərbaycanın ümumi ixracında 0,39%, qeyri-neft sektoru üzrə ixracında isə 3,04% paya malik olub.