Bakı. Trend:
İcbari Tibbi Sığortanın tətbiqi ilə tibb müəssisələrinin idarəsində yeni bir era başlayıb.
Trend xəbər verir ki, bunu “Səhiyyə İdarəçiləri Zirvəsi 2024”ün “Səhiyyədə yeni imkanlar” adlı II panelindəTƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov deyib.
O bildirib ki, TƏBİB artıq dörd ilə yaxındır ki, xəstəxanaların yenidənqurulması ilə məşğuldur:
"Həm yerli, həm xaricdən cəlb olunmuş təlimçilərin dəstəyi əvəzolunmazdır. Artıq yüzə yaxın xəstəxana direktorumuz bu təlimlərdə iştirak ediblər. Xəstəxana idarəçisi dürüst və şəffaf olmalıdır, yeniliklərə açıq olmalıdır, köhnə ideyalarla yanaşan rəhbərlər bizimlə ayaqlaşa bilmirlər.
Əsas hədəf dövlət xəstəxanalarını özəl tibb müəssisələri ilə
rəqabət apara biləcək səviyyəyə gətirə bilməkdir.
Özəl tibb müəssisələri o səviyyədə inkişaf etməlidir ki, dövlət
tibb müəssisələri daim ona yetişə bilmək üçün rəqabət
aparsınlar.
Ölkəmizdə özəl tibb müəssisələri inkişaf etdikcə xəstələrin müalicə üçün xaricə üz tutması azalır".