Bakı. Trend:
Bu ilin yanvar-noyabr aylarında Azərbaycan 467 milyon 126 min ABŞ dolları dəyərində 18 min 810 ton əczaçılıq məhsulları idxal edib.
Bu barədə Trend Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində 53 milyon 394 min ABŞ dolları (10,25%), həcm ifadəsində isə 6 147 ton (24,6%) azdır.
Hesabat dövründə Azərbaycan, həmçinin 59,04 min ABŞ dolları dəyərində əczaçılıq məhsulları ixrac edib. Bu isə bir il əvvələ nisbətən 300,51 min ABŞ dolları (83,6%) azdır.
Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 19,2 milyon manatlıq əczaçılıq məhsulları istehsal edilib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çoxdur.