Bakı. Trend:
Azərbaycana xüsusi kriminalistik laborator avadanlıqları gətiriləcək.
Bu barədə Trend dövlət satınalmalarının vahid internet portalından məlumat əldə edib.
Məlumata görə, artıq bununla bağlı Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi hazırlıq işlərini yekunlaşıdırb.
Mərkəz sözügedən avadanlıqların satın alınması ilə bağlı “Universal Pro” Qapalı Səhmdar Cəmiyyəti (QSC) ilə müqavilə bağlayıb.
Müqaviləyə uyğun olaraq QSC-yə 2.485.880,04 AZN (2 milyon 485 min 880 manat 4 qəpik) ödəniləcək.