...

Azərbaycanın neft koksu və bitumu ixracından gəlirləri azalıb

Energetika Materials 18 Dekabr 2024 13:00 (UTC +04:00)
Azərbaycanın neft koksu və bitumu ixracından gəlirləri azalıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycandan bu ilin yanvar-noyabr aylarında 15 milyon 894 min ABŞ dolları dəyərində 186 min 588 ton neft koksu ixrac edilib.

Bu barədə Trend Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 41 milyon 358 min ABŞ dolları (72,2%), həcm baxımından isə 35 min 768 ton (16,1%) azdır.

Bu dövrdə neft kokosu ixracı Azərbaycanın ümumi ixracının 0,07%-ni təşkil edib.

Bu ilin ilk 11 ayında Azərbaycandan 220 min ABŞ dolları dəyərində 1 191 ton neft bitumu ixrac olunub ki, bu da ötən ilin eyni dövrünə nisbətən dəyər ifadəsində 201 min ABŞ dolları (47,7%), həcm ifadəsində isə 527 ton (30,7%) azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti