Bakı. Trend:
İcbari tibbi sığortanın tətbiqindən sonra ölkədə cibdən ödənişlərdə azalma müşahidə olunur.
Trend xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Strateji İnkişaf və İqtisadi təhlil departamentinin rəhbəri Ramil Muxtarzadə bu gün “Səhiyyə İdarəçiləri Zirvəsi 2024” çərçivəsində keçirilən paneldə çıxışı zamanı deyib.
O bildirib ki, cibdən ödənişlərin daha da azaldılması yönündə addımlar atılır.
"Cibdən ödənişlərin böyük hissəsini dərman vasitələrinə sərf olunan pullar təşkil edir. Bunu nəzərə alaraq artıq gələn ildən etibarən ambulator dərman vasitələrinin icbari tibbi sığorta çərçivəsində təmin edilməsi nəzərdə tutulub. Hazırda həmin qərarın tətbiqi üçün qaydaların üzərində işlənilir", - deyə o əlavə edib.