Bakı. Trend:
Azərbaycan Üzgüçülük Federasiyasının idmançısı beynəlxalq turnirdə 7 medal qazanıb.
Federasiyanın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 2010-cu il təvəllüdlü üzgüçümüz Yeqor Maynitskiy 14-16 dekabr tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabi şəhərində keçirilən beynəlxalq yarışda 50 metr məsafədə brass üsulunda bütün rəqiblərindən üstün olaraq qızıl medal qazanib.
İdmançımız brass üsulunda 100 və 200 metr məsafələrdə də birinci olub. Bundan başqa Y. Maynitskiy 200 metr məsəfəni qarışıq üsulda da hamıdan birinci finişə çatıb. Digər məsafə və üzmə üsullarında da gücünü sınayan üzgüçümüz 400 metr məsafəni qarışıq üsulda və 50 metri sərbəst üsulda 2-ci üzüb. 50 metr məsafəni kəpənək üsulda üzən idmançımız 3-cü olub.
Beləliklə Y. Maynitskiy ümumilikdə 4 qızıl, 2 gümüz və 1 bürünc medal qazanıb və öz yaşıdları arasında yarışın ən yaxşı idmançısı fəxri adına layiq görülüb.